“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Publik Hüquqi Şəxsi Həmkarlar İttifaqı Komitəsi – orta ixtisas təhsilli subbakalavr mütəxəsislərinin hazırlanmasını həyata keçirən SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 1959-cu ildən müxtəlif adlarla mövcud olduğu dövrdən fəaliyyət göstərir. Həmkarlar İttifaqı Komitəsi mövcud olduğu dövr ərzində təşkilat kimi həm kəmiyyət,həm də keyfiyyətcə dəyişərək bu günki səviyyəyə çatmışdır.


Sumqayıt Dövlət Texniki Kolleci Həmkarlar İttifaqı Komitəsi ilə kollecin rəhbərliyi arasında olan işgüzar münasibətlər hər üç ildən bir imzalanan kollektiv müqavilə ilə tənzimlənir.


2014-cü ildə Sumqayıt Dövlət Texniki Kolleci “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsinin nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 


Müxtəlif vaxtlarda kollecin həmkarlar ittifaqı komitəsinə Ə.Əliyeva, T.İsmayılov, Ş.Nəbiyev, Z.Fətdayeva rəhbərlik etmişlər. 2012-ci ildən İsmayıl Feyzullayev Kollec Həmkarlar İttifaqı Komitəsinin sədridir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Müəllim-işçi və tələbə heyətini öz sıralarında birləşdirən təşkilatın üzvlərinin sayı 630 nəfərdir.  

Sumqayıt Dövlət Texniki Kolleci Həmkarlar İttifaqı Komitəsi: